Ermənilər atəşkəsi pozub

Ermənilər atəşkəsi pozub
Bütün Xəbərlər
09:51 20.04.2012
1029
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 19-da saat 09.05-dən 09.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; - saat 10.15-dən 10.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 01.40-dan 10.45-dək və aprelin 20-də 00.35-dən 00.40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 00.10-dan 00.15-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR