Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub
Bütün Xəbərlər
15:33 11.03.2012
1591
Azərbaycanda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi məlumata görə, zəlzələ martın 11-də saat 12.41 radələrində Zaqatala şəhərindən 6 km cənubda qeydə alınıb. Episentrdə zəlzələnin dərinliyi 20 km, gücü 4-4,5 bal olub. Zəlzələ Zaqatala, Balakən, Qax və Şəki rayonlarının ərazisində hiss olunub.
OXŞAR XƏBƏRLƏR