Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Bütün Xəbərlər
01:53 20.02.2012
1594
Bakıda və Abşeron yarımadasında fevralın 20-də arabir qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər.Paytaxtda və yarımadada sabah güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti fevralın 21-dək davam edəcək.Azərbaycanın rayonlarında fevralın 20-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək, şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR