Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi sürücülərə xəbərdarlıq etdi
Bütün Xəbərlər
11:00 20.02.2012
1709

Azərbaycan ərazisində havaların yenidən soyuması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.

İdarədən bildirilib ki, Bakı-Quba-Qusar, Muğanlı-İsmayıllı yolları və Ağsu aşırımı buz bağlayıb. Buna baxmayaraq, bütün magistral yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Sürücülərə mövsümü qış şinlərindən, iki aparıcı oxu olan avtomobillərdən istifadə etmək tövsiyə olunur.

İdarədən o da bildirilib ki, ötən gün Azərbaycan ərazisində 13 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 22 nəfər yaralanıb. Ölümlə nəticələnən yol qəzası Kürdəmir rayonu ərazisində baş verib. “Hyundai” markalı maşının aşması nəticəsində bir nəfər ölüb.

OXŞAR XƏBƏRLƏR