Bakıda yaşayış binasında yanğın baş verdi

Bakıda yaşayış binasında yanğın baş verdi
Bütün Xəbərlər
10:31 27.01.2012
1437
Yanvarın 26-dan 27-nə keçən gecə Bakının Nizami rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən AZXEBER.COMa verilən xəbərə görə, 8-ci kilometr qəsəbəsi, Rüstəm Rüstəmov küçəsi 74 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının zirzəmisində başlayan yanğın sonradan digər ərazilərə də keçib. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR