Paytaxtda sərnişin avtobusu yanıb. Fövqəlada Hallar Nazirliyinin Yanğından mühafizə xidmətindən ANS-ə verilən məlumata görə, hadisə bu gün saat 14: 00 radələrində Bakı-Dairəvi yolda, Badamdar qəsəbəsindən Yeni Yasamala gedən yolda baş verib.Yanğın 194 saylı xətt üzrə hərəkət edən “Otoyol” markalı avtobusun mühərrikində başlayıb. Adi çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Görülən tədbirlərdən sonra məlum olub ki, yanğına səbəb mühərrikə gedən naqillərdən birində yaranan qısaqapanma olub.