Kür çayı üzərində, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən körpü yanvarın 6-sı saat 12.00-dan etibarən bağlanacaq.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, paytaxtı və digər rayonları Mil düzündəki rayonlar, həmçinin Aran və Dağlıq Qarabağla birləşdirən bu körpü ötən əsrin 60-cı illərinin əvvəllərində istifadəyə verilib və bir neçə dəfə uçmaq təhlükəsi ilə üzləşib.
Son vaxtlar avtomobillərin intensiv hərəkəti və iri tonnajlı nəqliyyat vasitələrinin ardıcıl və dinamik zərbələri körpünü qəzalı vəziyyətə gətirib, bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaranıb. Bunu nəzərə alaraq, Nəqliyyat Nazirliyi həmin istiqamətdə avtomobillərin hərəkətinin tamamilə dayandırılmasına qərara verib. Körpünü müasir tələblərə uyğun və istismara yararlı vəziyyətə gətirilməsi üçün ərazidə 40 gün əsaslı təmir-tikinti işləri aparılacaq. Həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi sahiblərindən və ümumiyyətlə, vətəndaşlardan xahiş olunur ki, alternativ yol kimi Salyan-Noxudlu, Sabirabad-Padar və digər istiqamətlərdəki yollardan istifadə etsinlər.