Bakıda həbsxanada ölüm

Bakıda həbsxanada ölüm
Bütün Xəbərlər
19:31 13.12.2011
1995
Azərbaycanda cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 17 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən 38 yaşlı İlqar Qəmbər oğlu Həsənov naməlum şəraitdə dünyasını dəyişib.Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov ANS PRESS-ə açıqlamasında faktı təsdiqlədi, lakin ölümün nə səbəbdən baş verdiyi barədə məlumatsız olduğunu bildirdi. O, məhbusun öz əcəli ilə dünyasını dəyişdiyini ehtimal etdiyini vurğuladı.Hazırda faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR