Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb.
APA-nın məlumatına görə, hadisə dekabrın 3-də cəbhənin Xocavənd rayonu istiqamətində qeydə alınıb. Milli ordunun əsgəri, Rəşad Oqtay oğlu Məmmədov düşmən gülləsinə tuş gəlib. Çiynindən güllə yarası alan əsgər hospitala yerləşdirilib. R. Məmmədov Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında faktı təsdiqləyib. E. Sabiroğlu bildirib ki, əsgər R. Məmmədov Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu istiqamətində atəşkəsi pozması nəticəsində yüngül yaralanıb. Hospitala yerləşdirilən əsgərin vəziyyəti kafidir.