Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
MƏDƏNİYYƏT
20:34 24.05.2025
2012
Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada "Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.

Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin "Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.

Bu il də "Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.

Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb: Azərbaycandan Afaq Abbasova, Cahangir Novruzov, Əkrəm Poladov, Fatimə Cəfərzadə, Fərhad Bədəlbəyli, Fərid Əliyev, İlahə Rüstəmova, İnara Babayeva, Orxan Hüseynov, Mahir Tağızadə, Murad Adıgözəlzadə, Polad Bülbüloğlu, Yusif Eyvazov,Qazaxıstandan Azamat Jeltırquzov, Türkiyədən Ferda Yetişər, eləcə də rəqqaslar Berfu Elmas (Türkiyə), Dayna Kıdıralıyeva (Qırğızıstan), Ebru Elmas (Türkiyə), Eldiyar Marat oğlu (Qırğızıstan), Mustafa Çagatay Ozmen (Türkiyə), Nurjamal Moldoqaziyeva (Qırğızıstan), həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın Balet truppası, Azərbaycan Dövlət Xor Kapellası.

Bu gün Şuşa yenidən dirçəlir. Küçələrində musiqi səslənir, festivallar keçirilir, tarixi binalar bərpa olunur. "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi tədbirlər şəhərin ruhuna yenidən can verir.

Festivalın coşqusu qonaqların baxışlarında, təbəssümlərində hiss olunur. Onlar bu sevinci və xoş təəssüratlarını bölüşüblər.

Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına ailələrin, həmçinin uşaqların da gəlməsindən məmnun olduğunu deyib. Qeyd edib ki, festivalda dahi Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər böyük sənətkarlarımızın səsləndirilən əsərlərini dinləyirlər və bu, böyük sərvətdir.

"Düşünürəm ki, hamı bu gözəl festivaldan razı qaldı. İstərdim ki, xaricdən daha çox insan, tanınmış simalar buraya gəlsinlər, Şuşa ilə tanış olsunlar və görsünlər ki, bura necə bir behiştdir", - F.Bədəlbəyli vurğulayıb.

Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı və tapşırığı ilə bu möhtəşəm festival keçirilir və o, bundan çox xoşbəxtdir.

P.Bülbüloğlu Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şuşada, Cıdır düzündə keçirilən festivalda "Sevgili Canan” romansını ifa etdiyini bildirərək deyib: "Mən indi elə hiss edirəm ki, Bülbülün, Üzeyir Hacıbəylinin və digər böyük sənətkarlarımızın ruhları şad olmalıdır. Onların ruhu 30 il narahat qaldı. Artıq sevinirlər ki, "Xarıbülbül” Festivalı yaşayır və bundan sonra da yaşayacaq”.

Festivalın birinci günü axşam saatlarında isə Şuşanın digər gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında "Üzeyir bəy belə deyərdi...” adlı teatr tamaşası nümayiş olunacaq. Tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.

Qeyd edək ki, mayın 25-də - festivalın ikinci günü Cıdır düzündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun konserti olacaq. Orkestrə Murtuza Bülbül dirijorluq edəcək.

Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq.

Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı