Azərbaycan Ordusu daha bir əsgərini itirdi

Azərbaycan Ordusu daha bir əsgərini itirdi
Bütün Xəbərlər
11:59 28.10.2011
1596
Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Taleh Teymur oğlu Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, T. Hüseynbalazadə 2010-cu ildə Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR