Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.