Bakıda toy yasa döndü

Bakıda toy yasa döndü
Bütün Xəbərlər
14:28 06.09.2011
2554

Sentyabrın 4-də Bakıda keçirilən toy məclislərindən birində bədbəxt hadisə baş verib. Yasamal Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, “Filiz” şadlıq sarayındakı məclisə qonaq gəlmiş 1962-ci il təvəllüdlü Osmanov Mətləb Çölü oğlu ölüb.

Rusiya vətəndaşı olan və qonşu ölkədən toy mərasiminə qonaq gələn 49 yaşlı M.Osmanov oynadığı zaman qəfildən yıxılıb. Məlum olub ki, o elə yerindəcə keçinib. M.Osmanovun meyiti ekspertizaya göndərilib. İlkin ehtimala görə, o ürək tutmasından ölüb. Qeyd edək ki, dünyasını dəyişmiş şəxs toy səbəbkarlarının yaxın qohumu imiş. Hadisədən sonra məclis bir qədər davam etdirilərək yekunlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR