Facebookda daha bir yenilik

Facebookda daha bir yenilik
Bütün Xəbərlər
11:01 25.08.2011
3148
Məşhur sosial şəbəkə olan “Facebook”da profil, paylaşma və markalanma vasitələrində bəzi yeniliklər edilib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dəyişikliklər haqqında tezliklə bütün istifadəçilər məlumatlandırılacaq.Belə ki, “Facebook” istifadəçiləri “profil” səhifəsinə əlavə olunan yeni vasitə və iç menyular sayəsində öz profil səhifələrini daha asan idarə edə biləcəklər. Bundan sonra istifadəçilər səhifələrinin kimlər tərəfindən necə qiymətləndirilməsi barədə daha çox məlumat ala biləcək.“Hesab parametrləri” səhifəsi üzərində də dəyişlik edilib. Artıq “Facebook” istifadəçiləri profillərindəki hər yeni fotoşəkilin, yaxud da məlumatın kimlər tərəfindən baxıldığını biləcəklər.Başqa bir yenilik isə artıq bir “Facebook” istifadəçisi başqa bir istifadəçi tərəfindən yerləşdirdiyi fotoşəkil yaxud da məlumatı razılığı olmadan profilinə yerləşdirə bilməyəcək. Digər tərəfdən, hər hansı bir müraciəti rədd edən “Facebook” istifadəçiləri, məlumatın məzmunu profildən qaldıra, müraciət edən şəxsə mesaj göndərə bilər.Bundan başqa artıq istifadəçilər “Facebook”da dostluq etmədikləri, amma “Facebook” istifadəçisi olan tanıdıqlarını da qeyd edə bilər.Bundan sonra “Facebook” istifadəçiləri artıq olduqları məkanı, ya da getdikləri yerləri qeyd edə bilərlər.
OXŞAR XƏBƏRLƏR