Toy günü qan-qaraçılıq: gəlin maşınını cərimə meydançasına apardılar

Toy günü qan-qaraçılıq: gəlin maşınını cərimə meydançasına apardılar
Bütün Xəbərlər
12:02 05.07.2011
2198

Milli.Az-ın məlumatına görə, yol polisi gəlin maşınını cərimə meydançasına aparıb.

Hadisə iyunun 2-də saat 17:00 radələrində Dənizkənarı Milli Parkın yaxınlığında baş verib. Gəlin və bəyi aparan kartej bulvarın ərazisində dayanıb. "Chrysler" markalı gəlin maşını gəlinlə bəyin şəkil çəkdirməsi üçün bulvarın kənarında saxlayıb. Bu zaman yol polisi gəlin maşınını evakuatora qoyaraq cərimə meydançasına aparıb. Səbəb kimi isə gəlin maşınında dövlət nömrə nişanının yerində “xoşbəxt olun” sözləri yazılmış kağız lövhəsinin yapışdırılması olub.

Bakı şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov burada heç bir təəccüblənəsi şey olmadığı bildirib. Onun sözlərinə görə, yol hərəkəti qaydalarını pozan maşınların cərimə meydançasına aparılmasında heç bir qanun pozuntusu yoxdur: “Dövlət nömrə nişanının yerinə “xoşbəxt olun” və ya digər sözlər yazımış lövhələr yapışdırmaq qanunun tələbinə ziddir və qanuna hörmətsizlikdir. Eyni zamanda dövlət nömrə nişanının yerinə bu cür sözlər yazılmış lövhələr vurulması, avtomobili nömrəsiz idarə etmək deməkdir. Həmin maşınlar aşkarlanarsa, cərimə balı ilə cəzalandırılır və yüksək cərimə olunur. Əgər belə hal 3 dəfə təkrarlanarsa, sürücü sürücülük hüququndan məhrum edilir”.

V.Əsədov deyir ki, bu vaxta kimi təcrübəsində 4 gəlin maşını barəsində tədbir görüb, bunlardan 2-i bu ilə təsadüf edir.

Bölmə rəisi qeyd etdi ki, Bakı şəhər yol polisi son zamanlar bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarının artmasını nəzərə alaraq, belə sürücülərə qarşı mübarizəni gücləndirib: “Paytaxt yollarında hərəkətə nəzarət edən kameralar vasitəsilə əldə olunan məlumatlar əsasında, eyni zamanda yol patrul əməkdaşları tərəfindən aşkarlanan kobud qayda pozuntuları edən sürücülər aşkarlanır və barələrində ciddi tədbirlər görülür. Sürücüləri toy mərasimləri zamanı yol hərəkət qaydalarına riayət etməyə çağırıram. Onların bu hərəkəti piyadaların və digər hərəkət iştirakçılarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı