Hadisə Yasamal rayonu, Moskva prospekti 8, məhəllə 31/68 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasının 20-ci mərtəbəsində yaşayan, 56 yaşlı Yavər Nuriyev özünü eyvandan atıb. O, yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.