Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinə Heydər Əliyevin adı verilə bilər”

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinə Heydər Əliyevin adı verilə bilər”
Bütün Xəbərlər
12:34 27.05.2011
1350
«Məmməd Əmin Rəsulzadənin abidəsinin ucaldılması barədə qərar dövlət səviyyəsində həll olunmalıdır. Əgər müvafiq qərar olarsa, biz də bunu dəstəkləyəcəyik. Mən hesab edirəm ki, Xalq Cümhuriyyətinin qurucularına kompleks abidə yaradılmalıdır», - deyə rektor qeyd edib.
Rektor hesab edir ki, BDU-ya sabiq prezident Heydər Əliyevin də adının verilməsi də mümkündür: “Universitetə ya dünya şöhrətli siyasətçinin, ya elm korifeyinin adı verilə bilər. Heydər Əliyev BDU-nun tələbəsi, özü də dünya şöhrətli tələbəsi olub. Rəsulzadə isə bu universitetdə dərs keçib. Biz bu məsələni siyasi müstəvidə qaldıra bilərik”.
OXŞAR XƏBƏRLƏR