"Facebook"da daha bir yenilik

"Facebook"da daha bir yenilik
Bütün Xəbərlər
10:13 21.05.2011
2094

Bu gündən etibarən "Facebook"da fotoşəkillərin filtrasiyası üçün "Microsoft"da hazırlanmış "PhotoDNA" sistemindən istifadə ediləcək. "PhotoDNA"nın işinin əsasında yoxlanılan şəkillərin kiçik fraqmentlərə bölünməsi və onların hər birinin ayrılıqda təhlili durur.

"Microsoft" bildirir ki, belə sistem filtrin effektivliyini xeyli artırır, çünki göstəriciləri dəyişdirilmiş şəkilləri belə, yoxlamağa imkan verir.
Korporasiya bu sistemi "Bing" axtarış sistemi və "Hotmail" poçt sistemində sınaqdan keçirib.

Yetkinlik yaşına çatmamışlarla yanaşı, "PhotoDNA"nın məlumat bazasında zorakılıq, şəxsiyyətin alçaldılması və digər hərəkətlər də toplanacaq.

Statistikaya görə, internetə hər gün uşaq pornoqrafiyasının əks olunduğu 50 min şəkil düşür.

/// milli.az

 

OXŞAR XƏBƏRLƏR