Bin Laden 12 yaşlı qızının gözləri qarşısında güllələnib?

Bütün Xəbərlər
11:28 04.05.2011
1599

Britaniyanın «The Daily Mail» qəzetinin Amerika xüsusi təyinatlılarının əməliyyatı ilə bağlı açıqladığı daha bir təfərrüat müsəlman dünyası tərəfindən hiddətlə qarşılanıb. Qəzet yazır ki, amerikalı komandoslar silahsız Bin Ladeni 12 yaşlı qızının gözləri qarşısında güllələyib. Onun qızı atasının gizləndiyi evdəki digər 17-18 nəfərin arasında imiş.
«Bin Laden ilk güllədən ölüb. Daha sonra ona 2 «yoxlama» atəşi də açılıb», - deyə qəzet yazır.

Bin Ladenin məhvi Obamanın reytinqini artırıb

«Əl-Qaida» terror şəbəkəsinin lideri Üsəma Bin Ladenin məhvi ABŞ prezidenti Barak Obamanın reytinqinin yüksəlməsinə səbəb olub. Milli.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, ötən ay prezidentliyi dövründə reytinqi minimum həddə düşmüş Ağ Ev sahibini dəstəkləyənlər 9% artıb. «Amerikalılar arasında Obamanın Əfqanıstanda terrorla mübarizənin öhdəsindən yaxşı gəldiyini düşünənlərin sayı qısa zamanda artıb. Amma onun iqtisadi problemləri aradan qaldırmaq bacarığına inananla //milli.az

 

OXŞAR XƏBƏRLƏR