DİN: "Razılaşdırılmamış aksiyaya imkan verilməyəcək"

Bütün Xəbərlər
14:13 14.04.2011
1767

Daxili İşlər Nazirliyi isə paytaxtda razılaşdırılmamış aksiyaya imkan verməyəcəklərini bildirir. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov istənilən qanun pozuntusunun qarşısını qətiyyətlə alacaqlarını bildirib: “Bakı şəhər İcra Hakimiyyəti onlara tədbirlərini keçirmək üçün müvafiq yer ayırıb. Əgər həmin ərazidə aksiyalarını keçirsələr, biz təhlükəsizliyi yüksək səviyyədə qoruyacağıq. Lakin digər yerlərdə razılaşdırılmamış və qanunsuz aksiyaya cəhd etsələr biz bunun qarşısını qətiyyətlə alacağıq. Asayişi pozan, polisin qanuni tələbinə məhəl qoymayan şəxslər isə qanun qarşısında cavab verəcək”.

 

Qeyd edək ki, İP bundan əvvəlki aksiyalarını Fəvvarələr Meydanında keçirmək istəsə də, polis bunun qarşısını almış və xeyli aksiya iştirakçısı saxlanmışdı. 

//lent.az


OXŞAR XƏBƏRLƏR