"Facebook"da hər şeyi "like" etməyin

Bütün Xəbərlər
18:58 14.04.2011
2443
Bunun üçün veb səhifələrə (web page) xüsusi kodlar əlavə olunur. İstifadəçi bu səhifələrə daxil olduqda və hər hansı bir faylı kliklədikdə “auto like” aktivləşir. Nəticədə xüsusi kodlar sayəsində həmin fayl “Facebook” səhifənizə istiqamətləndirilir və profilinizdə dostlarınızla paylaşılır.

Yaxud da “Facebook”da dostlarınızın bəyəndiyi və ya paylaşdığı videonu kliklədiyinizdə başqa bir səhifəyə istiqamətləndirilirsiniz və əslində, avtomatik olaraq, həmin səhifəni də “bəyənmiş” olursunuz.

“Facebook” istifadəçilərinin bir çoxu bundan xəbərsizdir. Bundan istifadə edən bəzi işbazlar öz veb səhifələrinə bir az əvvəl qeyd etdiyimiz kodları yerləşdirməkdə davam edirlər.

Arzu edilməyən “like”lardan necə qorunmaq olar? Bunun üçün, əvvəla, unutmaq olmaz ki, belə kodlar, adətən, qeyri-əxlaqi saytlara yerləşdirilir.

İkincisi, internetdə olarkən “Facebook” səhifənizi qapalı vəziyyətdə saxlayın. Belə tələlərə, adətən, “Facebook” səhifəsi açıq olanda düşülür. Əgər “Facebook”unuz qapalı olsa və siz həmin anda “auto like” tələsinə düşsəniz, “Facebook” səhifənizin açılması üçün sizdən istifadəçi adı və parol tələb olunacaq. Siz bu məlumatları daxil etməsəniz, “auto like”nin tələsindən də qurtula bilərsiniz.

OXŞAR XƏBƏRLƏR