Bakıda ana-balanı əri ilə birgə qətlə yetirib yandıran qadın tutularaq ölkəyə gətirildi - FOTO

Bakıda ana-balanı əri ilə birgə qətlə yetirib yandıran qadın tutularaq ölkəyə gətirildi - FOTO
Bütün Xəbərlər
10:32 19.03.2011
2326

 

AZXEBER.COM portalının DİN-in rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, qətl hadisəsi 2003-cü il aprelin 2-də törədilib. Belə ki, həmin vaxt 31 yaşlı Gürcüstan vətəndaşı Ramin Askarov və onun anası 54 yaşlı Göyçək Askarova qətlə yetirilərək yandırılıb.

Milli.az xəbər portalı isə, hadisənin təfərrüatlarını öyrənə bilib. Belə ki, Bakıda oğurluq, qanunsuz odlu silah və narkotik maddə əldə edib gəzdirmə, saxlama cinayətləri törətməkdə təqsirli bilinərək 2005-ci il fevralın 21-də 10 il müddətinə azadlıqdan məhrum edilmiş N.Acalov 2003-cü ilin martında kirayədə yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsi, 33 saylı evin 48 saylı mənzilində arvadı Raina Əhmədova ilə cinayət əlaqəsinə girərək qohumu Ramin Askarovu, onlara borclu olduğu pulu ödəməkdən imtina etdiyi üçün öldürmək qərarına gəlib. Bundan sonra N.Acalov Gürcüstanın Rustavi şəhərinə gedərək Bakı şəhərində satış üçün yeni malların olması adı ilə Ramin Askarovu aldadaraq Bakı şəhərinə dəvət edib. Aprelin 2-də onunla kirayədə yaşadıqları mənzildə birlikdə şam yeməyi ilə spirtli içki qəbul edib. Sonra ər-arvad Ramin Askarovun başına küt alətlə vuraraq onu iplə boğub öldürüblər. Cinayəti gizlətmək üçün N.Acalov arvadı ilə birlikdə meyiti X.Məmmədov küçəsi 39 saylı binanın yaxınlığındakı zibillikdə yandırıblar. N.Acalov cinayətin onun tərəfindən törədilməsindən R.Askarovun anası Göyçək Askarovanın şübhələnəcəyini bilib, onu da öldürmək barədə arvadı ilə razılığa gəlib. Bu məqsədlə 2003-cü ilin aprelin 2-də Rustavi şəhərinə zəng edərək Göyçək Askarovanı aldadaraq Bakı şəhərinə, kirayədə yaşadıqları ünvana dəvət ediblər. Əvvəl törətdikləri cinayəti gizlətmək məqsədi ilə eyni üsulla aprelin 7-də yaşadıqları mənzildə Göyçək Askarovanı da boğub öldürdükdən sonra cinayətin izinin itirmək üçün meyiti binanın yaxınlığında yerləşən ərzaq mağazasının arxasında yandırıblar. 

Aparılmış istintaqla həmin cinayət hadisələrinin N.Acalov və onun həyat yoldaşı R.Əhmədova tərəfindən törədilməsi tam sübuta yetirilib və Nazim Acalova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.6 və 120.2.10-cu maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Raina Əhmədova isə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. 

R.Əhmədəova 2009-cu il dekabrın 10-da Samsun şəhərində həbs edilib. O, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşları tərəfindən Türkiyədən ölkəyə gətirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır