Yeni Zellandiyada ölənlərin sayı 145-ə çatdı

Bütün Xəbərlər
09:31 26.02.2011
1863

Polisdən verilən məlumatda bildirilir ki, şəhərdə uçmuş binaların altından çıxarılan son cəsədlə ölənlərin sayı 145 nəfər müəyyən edilib.

Çərşənbə axşamı baş verən zəlzələdən sonra 200-dən çox adamın dağıntı altında qaldığı bildirilmiş və onları xilas etmək üçün axtarış tədbirləri başlamışdı.

Yeni Zellandiya Baş naziri John Key isə bu gün çıxış edərək bu hadisənin ölkə tarixində ən faciəvi hadisə olduğunu və gələn həftə cümə axşamında iki dəqiqəlik sükutla həlak olanları yad etməyi təklif edib.

OXŞAR XƏBƏRLƏR