Misirdə növbədən kənar seçkilərin keçirilməsi gözlənilmir. Bunu Misir parlamentinin spikeri Əl-Arabiya telekanalına müsahibəsində bildirib. Qeyd edək ki, ölkədə nümayişçilərin əsas tələblərindən biri növbədən kənar seçkilərin keçirilməsidir. Misirdə prezident seçkilərinin keçirilməsi bu ilin sentyabr ayına təyin edilib.
Əl-Cəzira telekanalı isə Misirin İrsaildəki səfirliyinə istinadən xəbər verir ki, İsrail hakimiyyəti Misir prezidenti Hüsnü Mübarəki qəbul etməyə hazırlaşır. Telekanalın məlumatına görə, Səudiyyə Ərəbistanı Hüsnü Mübarəki qəbul etməkdən imtina edib.
//Ans Press