YAP Gənclər Birliyinin yeni sədri kim oldu?

Bütün Xəbərlər
09:31 30.01.2011
2951

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransın gündəliyi nəzərə çatdırılıb. Gündəlikdə YAP-ın Gənclər Birliyinin II və III konfransları arasında olan dövrün hesabatı və təşkilatı məsələlər yer alıb (Təşkilatı məsələlərdə Gənclər Birliyinin Şura üzvlərinin, İdarə Heyətinin və sədrinin seçilməsi nəzərdə tutulub).

YAP Gənclər Birliyinin indiyədək sədri olan Ramil Həsənov başqa diplomatik vəzifəyə seçildiyinə görə, hesabat məruzəsi ilə sədr müavini Samirə Quliyeva çıxış edib. O, Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gəncliyini təbrik edib. Sədr müavini Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin həyata keçdirdiyi genişmiqyaslı islahatları vurğulayan S.Quliyeva ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini deyib. O, Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərancamların əhəmiyyətini qeyd edib. Məruzəçi ölkədə aparılan uğurlu gənclər siyasətindən söz açaraq YAP Gənclər Birliyinin üzvlərinin müxtəlif sahələrdə uğurlarından danışıb. “YAP 520 mindən çox insanı ətrafına birləşdirib. Belə partiyada təmsil olunmaq şərəfli və məsuliyyətlidir”, - deyə əlavə edən S.Quliyeva Gənclər Birliyi Şurasının və İdarə Heyətinin iclaslarında müxtəlif məsələlərin müzakirə olunduğunu və irəliləyişlərə nail olunduğunu qeyd edib. O, partiyanın üzvlərinin 39,9 faizini gənclərin təşkil etdiyini, Gənclər Birliyinin bir sıra layihələr reallaşdırdığını, beynəlxalq təşkilatlara bəyanatlar göndərdiyini vurğulayıb.

Daha sonra hesabat ətrafında çıxışlar dinlənilib. Çıxış edən Ramil Həsənov əldə etdiyi bütün uğurlarda YAP-ın böyük rolunun olduğunu qeyd edib. O, buna görə YAP rəhbərliyinə minnətdarlığını bildirib. R.Həsənov sədrlik etdiyi dövrlərdə Gənclər Birliyinin işlərinə YAP rəhbərliyinin, Milli Məclisin deputatlarının, nazirliklərin yaxından köməklik və dəstək göstərdiyini deyib. O, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədova TükrPA-nın mükafatını təqdim edib.

Azərbaycan Dövlər İqtisad Universitetinin prorektoru Seymur Orucov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin əsasını qoyduğunu bildirib, Prezident İlham Əliyevin bu istiqamətdə uğurlu işlərindən danışıb. YAP-ın uğurlu siyasət apardığını deyən prorektor Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib”.

Daha sonra YAP Gənclər Birliyinin və bir sıra şəhər birliklərinin sədrləri və üzvləri çıxış ediblər.

Çıxışında təhsil naziri Misir Mərdanov isə bildirib ki, Azərbaycanda gənclər sahəsində çox böyük işlər görülüb: “Azərbaycanda 20 il ərzində çox ölkələrin 100 ildə görə bilmədiyi işlər görülüb. Gənclərə üz tutub deyirəm ki, Ümummilli lider Heydər Əliyevi heç zaman unutmaq olmaz, onu hər zaman anmalıyıq. Biz bu uğurlara ulu öndərin yuxusuz gecələrinin, əməyinin sayəsində nail olmuşuq”. O, YAP-ın 200 mindən çox gənc üzvü olduğunu, bunun çox böyük qüvvə olduğunu deyib. Təhsil naziri YAP-ın rəhbərliyində, idarə heyətində sağlam və işgüzar mühitin olduğunu vurğulayıb. O, gəncləri bütün sahələrdə dəstəklədiklərini və onlara köməklik göstərdiklərini dilə gətirib.

Bahar Muradova da Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib və yeni seçiləcək heyətə uğurlar arzulayıb: “İnanıram ki, yeni heyət də işləri uğurla davam etdirəcək”. O, YAP-ın gördüyü işlərdən, uğurlarından söz açıb.

Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransın işinə uğurlar arzulayıb. O, YAP Gənclər Birliyinə yeni seçiləcək gənclərə siyasi uğurlar diləyib. Ə.Həsənov Azərbaycanda əldə olunan uğurların ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət məktəbinin nümayəndələrinin sayəsində qazanıldığını bildirib. YAP-ın yaranması dövründən danışan Ə.Həsənov bu partiyanın Gənclər Təşkilatının nümayəndələrinin hazırda yüksək vəzifələrdə çalışdıqlarını deyib. Partiyanın qurulmasında Heydər Əliyevin rolunu vurğulayan Ə.Həsənov ulu öndərin gənclərə diqqətindən, gənclər siyasətinə önəm verməsindən danışıb. O, YAP Gənclər Birliyinin üzvlərinin çox savadlı, bacarıqlı olduğunu bildirib və onları Gənclər Günü münasibəti ilə təbrik edib”.

Millət vəkili Fəttah Heydərov söz alaraq konfransın uğurla keçdiyini, Azərbaycan gəncliyinin gələcəyinin parlaq olduğunu bildirib. Millət vəkili Azərbaycan gəncliyinin ulu öndərin hakimiyyətə gəlməsi ilə yüksəldiyini vurğulayıb. “YAP Gənclər Birliyinin nümayəndələri gələcəyimizi təmin edən şəxslərdir”, - deyə o əlavə edib.

"Eurovision" müsabiqəsinin mükafatçısı Safurə Əlizadə Azərbaycanın inkişafında gənclərin rolundan danışıb. O YAP-ın üzvü olmaq istədiyini bildirib. Daha sonra çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov bu konfransın YAP Gənclər Birliyinin, tədbirdə iştirak edən hər bir gəncin həyatında əlamətdar hadisə olduğunu deyib. O, YAP Gənclər Birliyinin üzvlərinin ölkəmizin inkişafı üçün hər cür fədarkarlığa, qəhrəmanlığa hazır olduqlarını qeyd edib: “Siz bunu işinizlə, əməlinizlə sübut etmisiniz. Buna heç bir şübhə yoxdur”. YAP-ın sədr müavini ölkədə inkişaf edən yaxşı nə varsa, hamısının gənclər üçün olduğunu dilə gətirib: “Çünki bu millətin gələcəyi sizsiniz. Gənclər onlar üçün həyata keçirilən işlərdə yaxından iştirak edirlər. O gələcək ki, onlardan ötrü yaradılır onlar da bu işlərdə yaxından iştirak etməlidirlər”. Ə.Əhmədov YAP Gənclər Birliyinin gənclərinə güvəndiyini, onların vətən sevgisinə inandığını bildirib. O, YAP-ın gənclərinin onlara inananlara buna layiq olduqlarını sübut edəcəklərini qeyd edib. “Yeni seçkiləcək idarə heyətinə seçilməyə sizin hər birinizin haqqı var. İnanıram ki, 4-cü konfransda daha böyük uğurlardan, parlamış gənc siyasətçilərdən danışa biləcəyik. YAP elə bir meydançadır ki, layiqli Azərbaycan gəncləri özlərini orda kifayət qədər göstərə biliblər və göstərə biləcəklər. Sizin xəyallarınız bu partiya vasitəsi ilə rallaşacaq”, -deyə o əlavə edib.

Daha sonra isə YAP Gənclər Birliyinin Şura üzvləri seçilib. Şura üzlüyünə seçki vasitəsi ilə 58 nəfər qəbul olunub. İdarə heyətinin üzvlüyünə isə 17 nəfər seçilib.

YAP Gənclər Birliyinin sədri Azərbaycan İqtisad Universitetinin prorektoru Seymur Orucov seçilib. Onun müavinləri Azərbaycan Texniki Universitetinin Həmkarlar Təşkilatının sədri Samirə Quliyeva, YAP Mərkəzi Aparatının referenti Aytac Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramil Məmmədov, Azərbaycan Dillər Universitetinin magistrı Aygün Allahverdiyeva və İROM MMC-nin direktoru Emil Əliyev seçilib.

OXŞAR XƏBƏRLƏR