Anadolu agentliyinin xəbərinə görə, aeroportun gömrük xidmətinin məlumatında bildirilir ki, bu məbləğ Vnukovo aeroportunda bir iranlı ilə üç azərbaycanlının çantalarından çıxıb.
Açıqlamada bildirilir ki, sözügedən pul 4 yük və 4 əl çantasında yerləşdirilibmiş. Pullar sərnişinlərin yoxlaması zamanı aşkar edilib.
Həmin sərnişinlər haqqında qaçaqmalçılıqla bağlı cinayət işi açılıb. Onlara 5 ilə qədər həbs cəzası verilə bilər.