Isa Qəmbər "Jurnalistlərin dostu" mükafatından imtina etdi

Isa Qəmbər "Jurnalistlərin dostu" mükafatından imtina etdi
Bütün Xəbərlər
21:00 29.12.2010
1917

İ. Qəmbərin fikrincə, Müsavat Partiyası 2010-cu ildə də ölkənin aparıcı siyasi qüvvəsi olaraq qalıb. Onun sözlərinə görə, 7 noyabr parlament seçkisinin nəticələrinə əsasən YAP-dan sonra ən çox səsi Müsavat Partiyası alıb və bu amil partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsində də nəzərə alınmalıdır. İ. Qəmbər hesab edir ki, Müsavatla yanaşı, AXCP, KXCP və AMİP də dövlət büdcəsindən maliyyələşməlidir: “Bu partiyaların sonuncu parlament seçkisində topladığı səslər Milli Məclisdə təmsilçilik qazanmış partiyaların səsindən az deyil, çoxdur. Həm də, partiyalar maliyyələşərkən onların tarixi, qazandığı mövqe və digər məqamlar da nəzərə alınmalıdır”.

Hazırda Müsavat Partiyasında hansısa gərginliyin olmadığını vurğulayan İ. Qəmbər deyib ki, partiyanın hər qurultayında rəhbərliyin təxminən 50 faizi dəyişir: “Bu dəfə də belə olacaq. Sadəcə, bəzi dostlar qurultayı gözləməyib tələsdilər, onların yerinə isə yeniləri seçildi”.

İ. Qəmbər 2011-ci ildə Müsavat Partiyasının 100 illiyinin keçirilməsi ilə bağlı təşkilat komitəsinin yaradılacağını, yubiley münasibətilə həm ölkədə, həm də ölkədən kənarda tədbirlər keçiriləcəyini açıqlayıb.

Müsavat başqanı hicab mövzusuna dair sualı cavablandırarkən bəyan edib ki, bu məsələdə konsensus yolu ilə müvafiq qərarlar qəbul edilməlidir: “Elə qərarlar qəbul olunmalıdır ki, heç bir kəsimin maraqlarına, azadlıqlarına problem yaranmasın və cəmiyyətin ortaq qərarları olsun. Cəmiyyətin ortaq qərarları olan yerdə istənilən qərarlar problem yaratmır. Əksinə, cəmiyyətin stabilliyi və inkişafı üçün baza yaranmasına şans verir”.

İ. Qəmbər bildirib ki, Azərbaycan həmişə vicdan azadlığına, digər dinlərdən, millətlərdən olan kəsimlərə, qruplara dözümlü yanaşılan bir məmləkət olub: “Xalqımız da bu məsələlərdə müasir dövrə uyğun tolerantlıq nümayiş etdirib. Buna görə də Azərbaycanda dini müstəvidə inqilabların ola biləcəyini ehtimal edə bilmirəm”./// menbe: APA

OXŞAR XƏBƏRLƏR