İstanbulda Xocalıya Ədalət Həftəsi keçiriləcək

İstanbulda Xocalıya Ədalət Həftəsi keçiriləcək
GƏNCLİK
12:38 17.02.2018
3532

Xocalını anma tədbirlərinə Azərbaycan, Türkiyə, Makedoniya, Şimali Kipr Türk Respublikasından rəsmilər qatılacaq


"İslahatçı Gənclər” İctimai Birliyi Türkiyənin İstanbul şəhərində 20-26 fevral tarixlərində Xocalı soyqrımının 26-cı ildönümünə həsr olunmuş "Xocalıya Ədalət” həftəsi keçirəcək. Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı qeyd edib ki, artıq altıncı ildir ki, "İslahatçı Gənclər” Türkiyə ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltmək üçün silsilə tədbirlər həyata keçirir: "Bu həftəlik çərçivəsində üç universitetdə konfrans və İstanbulun tanınmış bələdiyyələrindən birində sərgi keçiriləcək. Bu tədbirlərdə "İslahatçı Gənclər” İB-nin dəvəti ilə Azərbaycan, Türkiyə, Makedoniya, Şimali Kipr Türk Respublikasından millət vəkilləri, rəsmi şəxslər, QHT və media rəhbərləri, elm xadimləri iştirak edəcək. Bununla yanaşı, Türkiyə mediasının diqqətini Xocalı soyqrımı və onun acı nəticələrinə daha çox yönəltmək KİV-lərdə çoxsaylı çıxışlar nəzərdə tutulub.


Eyni zamanda təşkil ediləcək tədbirlərdə Xocalı dəhşətini musiqinin, sənətin dili ilə təqdim etmək üçün Əməkdar artist Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyası xüsusi kompazisiya təqdim edəcək. Biz Türkiyədəki tərəfdaşlarımızla birgə qardaş ölkə ictimaiyyətinin diqqətini bir insanlıq cinayəti olan Xocalı soyqrımı və Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına yönəltmək üçün əlimizdən gələni edəcəyik”.


Fərid Şahbazlı eyni zamanda qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər 22 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqrım siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb: "Biz də artıq altıncı ildir ki, Leyla xanım Əliyevanın çağırışına qoşularaq, qardaş ölkə ictimaiyyətinin diqqətini Xocalı soyqrımının, erməni işğalının dəhşətli nəticələrinə yönəltmək üçün əlimizdən gələni etməyə çalışırıq”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib