Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Vilyam Hacıyevin həbs müddəti uzadıldı
SİYASƏT
19:50 01.12.2020
735

Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın məlumatına görə, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. 

OXŞAR XƏBƏRLƏR