“İslahatçı Gənclər” Ukraynada səfərdə olub - FOTOLAR

GƏNCLİK
14:28 07.07.2021
1739
"İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) heyəti ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə Ukraynada səfərdə olub. Birliyin sədri Fərid Şahbazlı, gənc jurnalistlər Hacıbəy Heydərli, Əfsələddin Ağalarov Ukraynaya səfər çərçivəsində bir sıra mühüm görüşlər keçiriblər.

AZXEBER.COM xəbər verir ki, öncə Azərbaycanın Ukraynadakı səfirliyi ziyarət edilib. Səfir Elmira Axundova ilə baş tutan görüşdə "İslahatçı Gənclər” İctimai Birliyi fəaliyyəti və səfəri ilə bağlı geniş məlumat verilib. Səfir gənclərdən gələn təşəbbüslərin dəstəklənəcəyini bildirib.

"İslahatçı Gənclər” İctimai Birliyinin heyəti Kiyev Vilayət Adminstrasiyası və Gənclər Şurası, Kiyev şəhər Meriyasının Kiyev Gənclər Mərkəzi, İrpen şəhər Meriyasının Gənclər Şurası, "Avropa həmrəyliyi” Partiyasının Gənclər Birliyi, Ukrayna Maliyyə Nazirliyinin Universiteti, Kiyev Milli Linqivistika Universitetində rəhbərlik səviyyəsində görüşlər keçiriblər.

Azərbaycanlı gənclər ukraynalı həmkarları ilə görüşlərdə Azərbaycanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda əldə etdiyi tarixi zəfər, ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti haqqına geniş məlumat veriblər.

Görüşlərdə Ukraynanın tələbə və gənclər təşkilatları ilə gənclər, təhsil, mədəniyyət sahələrində birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.

Razılığa əsasən qarşıdakı aylarda Bakı şəhərində Azərbaycan və Ukrayna gənclərinin birgə toplantısının keçirilməsi planlaşdırılır.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir