2022 Enactus Azərbaycan Milli Yarışı yekunlaşıb - FOTO

GƏNCLİK
21:45 18.07.2022
1898

İyulun 18-də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və "Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən 2022 Enactus Azərbaycan Milli Yarışı uğurla başa çatıb.

Bakı Konqres Mərkəzində baş tutan Milli Yarışın final gününün açılış mərasiminə Enactus proqramının ölkə üzrə rəhbəri Orduxan Qəhrəmanzadənin çıxışı ilə start verildi. Proqramın ölkə üzrə rəhbəri  çıxışında 2021 və 2022-ci illərdə görülən işlər, komandaların il boyunca hazırlıq prosesi və qarşıdan gələn Enactus Dünya Kuboku haqqında danışıb.

Daha sonra "Enactus Azərbaycan” İdarə Heyətinin üzvləri çıxış üçün səhnəyə dəvət edilib. Gənclər Fondunun icraçı direktoru və "Enactus Azərbaycan” İdarə Heyətinin sədri Fərid Cəfərov, təhsil nazirinin müavini Muxtar Məmmədov, Naxçıvan Gənclər Fondunun icraçı direktoru, deputat Cəbi Quliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli açılış nitqləri ilə çıxış ediblər. Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətində gənclərin təhsilli və savadlı yetişməsinin əsas istiqamətlərdən biri olduğunu vurğulayaraq təhsil sisteminin təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına cavab verməsi məqsədilə ölkəmizdə həyata keçirilən islahatların əhəmiyyətini qeyd edərək Enactus kimi layihələrin tələbə gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət etdiyini bildiriblər.

Cari ilin 13 iyul tarixində 2022 Enactus Azərbaycan Milli Yarışının yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində 17 komanda arasında final mərhələsinə vəsiqə qazanan Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin Enactus komandaları gün boyunca layihələrini təqdim edib, münsiflər heyətinin suallarını cavablandırıblar. 

"Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası 2022 Enactus Azərbaycan Milli Yarışının qalibi elan edilərək 30 oktyabr - 2 noyabr tarixlərində Puerto-Rikoda keçiriləcək Enactus Dünya Kubokunda ölkəmizi təmsil etmək hüququnu qazanıblar. Münsiflər heyətinin müvafiq qərarına əsasən Naxçıvan Dövlət Universitetinin komandası 2-ci, Bakı Ali Neft Məktəbinin komandası isə 3-cü yerə layiq görülüb. Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb, xatirə şəkli çəkilib. 

Qeyd etmək lazımdır ki, Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir. Enactus Proqramı 1975-ci ildə ABŞ-də yaradılıb. Ölkəmizdə proqramı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təmsil edir.
 

 

 

 

 






OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb