Bakıda daha iki məktəb koronavirusa görə bağlandı

Bakıda daha iki məktəb koronavirusa görə bağlandı
SOSİAL
18:40 03.02.2022
350
Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formasında davam etdiriləcək.

AZXEBER.COM xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Bundan başqa, analoji vəziyyətlə əlaqədar paytaxtdakı 177 nömrəli tam orta məktəb də distant tədrisə keçib.
OXŞAR XƏBƏRLƏR