Məşhurlar Manaf Ağayevin həbsindən yazdılar: "Əfv olunmasını xahiş edirik"

Məşhurlar Manaf Ağayevin həbsindən yazdılar: "Əfv olunmasını xahiş edirik"
MAQAZİN
10:12 19.02.2022
3404
Ötən gün müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. İfaçının sənət dostları onun həbsi ilə bağlı paylaşım ediblər. "Qanunlara tabe olmaq lazımdır" deyən şou əhli eyni zamanda Ağayevin həbs olunmasını istəmədiklərini bildiriblər.

AZXEBER.COM BAKU.WS-ə istinadən məşhurların həmin paylaşımlarını təqdim edir:

Müğənni Elçin Hüseynov 

"Bu gün səhərdən sosial şəbəkələri izləyirəm. Manaf Ağayev və dostumuz Sənan Hüseynov barədə yazılan yazıları görürəm. Bir çox izləyicilər ağızlarına gələni yazıblar. Manaf da, Sənan da bizim düşmənimiz deyil. Azərbaycan xalqının dəyərli oğullarıdır. Neqativ rəy yazanlar, sizə ayıb olsun. İçinizdəki insanlıq hissi ölüb? Onların da ailəsi, övladları yaxınları var. Birinə bir təhqir yazanda düşünün özünüz kimsiniz? Tamam, anlayırıq ki, qanun hamı üçün qanundur. Manaf Ağayev illərin sənətkarıdır. Dövlətimizin siyasətini dəstəkləyən bir sənətkar kimi aidiyyəti orqanlardan Manaf və Sənan qardaşımızın mümkün qədər əfv olunmasını xahiş edirəm".

Aktrisa Çimnaz Sultanova

"Aydın məsələdir ki, qanun hamıya qanundur! Amma məni yandıran odur ki, insanlar necə Manafın tutulmağına sevinə bilərlər? Komentləri oxuyub dəhşətə gəlirəm! Ayıb deyil sizə vicdansizlar? Bu insan yaxşılıqdan başqa nə edib sizə? Siz heç bilirsiniz ki, Manaf özü və onun dostu Sənan nə qədər yetimlərə, kasıblara kömək ediblər? Manafın bu gününə sevinən ermənidir, vətən xainidir".

Xalq artisti Niyaməddin Musayev 

"Manafın özünü də, sənətini də sevirəm. Ancaq dövlətin qanunları var, onu pozmaq olmaz. Qanunlara tabe olmaq lazımdır. Onlar özbaşına getdiyi üçün cəzalandırılıblar. Bizim nəsə xahiş etməyimiz düzgün deyil. Deyəcəklər ki, müğənnilərin hamısı qanunu bilmir və qaydaları pozurlar”.

Əməkdar artist Nüşabə Ələsgərli

"Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır. Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssalam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun".

Müğənni Eldəniz Məmmədov

"Allah köməyi olsun, tezliklə azadlıqda görək. Səfərlə bağlı danışarkən, qanunsuz sözünü işlətmək düzgün deyil. Quş olub uçub getməyib ki, postlardan keçib gedib. Hava limanına o cür girişi ajiotaj yaradıb. Ola bilsin ki, bu, qeyri-qanuni sayıla bilər. Bəzi işlər var ki, Manaf tərəfindən düzgün yerinə yetirilməyib. O məsələni açıqlamırlar, qanunsuz deyirlər”.

Müğənni Afət Fərmanqızı

Manaf Ağayev hər zaman dövlətini sevən insan olub, amma qanun qarşısında hər birimizin boynu qıldan incədir. Xahiş edirəm izləyicilərdən, bu məsələ ilə bağlı videolarda təhqirə yol verməyin.

Müğənni Nadir Qafarzadə 

"Dəyərli dost, yaxşı sənətkar. Sən ürəksən, Manaf Ağayev. Həmişə toylarda". Qeyd edək ki, bir neçə dəqiqə sonra sənətçi bu paylaşımını silib.

Məlumat üçün bildirək ki, iki gün əvvəl sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Hər ikisi saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
09:57 02.11.2026
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
09:55 02.11.2026
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
09:50 02.11.2026
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
09:41 02.11.2026
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
İranın xarici işlər naziri Türkmənistana səfər edib
09:39 02.11.2026
İranın xarici işlər naziri Türkmənistana səfər edib