Azərbaycan XİN Ermənistana cavab verdi

Azərbaycan XİN Ermənistana cavab verdi
SİYASƏT
19:23 28.03.2022
537
"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edirik".

AZXEBER.COM xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in martın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bəyanatına dair şərhində öz əksini tapıb.

"İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib.

Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirməməkdə ittiham edən Ermənistan münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir.

Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək "etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir.

30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?!

Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır. Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq.

O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
15:20 06.07.2026
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
15:12 06.07.2026
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:08 06.07.2026
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
15:04 06.07.2026
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
14:46 06.07.2026
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
14:34 06.07.2026
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
14:20 06.07.2026
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO