Azərbaycan Ordusunun hərbçisi həlak oldu

Azərbaycan Ordusunun hərbçisi həlak oldu
SOSİAL
11:07 09.07.2022
2522
İyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluqdan bildirilib.

Bildirilib ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR