Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycanda vəzifəli şəxs cərimələndi
SOSİAL
16:05 21.07.2023
186
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən "Qaraqaşlı Broyler" ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı məyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZXEBER.COM-a bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub.

O, vəzifəli şəxs qismində cərimə olunub.
OXŞAR XƏBƏRLƏR