Daha bir ölkə “TikTok”a qadağa qoyur

Daha bir ölkə “TikTok”a qadağa qoyur
DÜNYA
12:55 13.03.2025
203
"TikTok" sosial şəbəkə platforması Albaniyada rəsmi olaraq bloklanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Albaniya hökumətində "TikTok"un bağlanması 2024-cü ilin noyabr ayından etibarən mübahisələrə səbəb olub.

"TikTok"-u ölkə miqyasında bir il müddətinə müvəqqəti olaraq qadağan etmək qərarından sonra Milli Kibertəhlükəsizlik Agentliyi (AKSK) Albaniya Elektron və Poçt Rabitə İdarəsindən (AKEP) "TikTok"a girişi əngəlləmək üçün tədbirlər görməyi xahiş edib.

AKSK sözügedən maneənin bu gündən etibarən həyata keçirilməsini istəyib.

Belə ki, Albaniyanın paytaxtı Tirandakı Fan Noli İbtidai məktəbinin 14 yaşlı şagirdi Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib. 

Şagirdlər arasındakı davanın "TikTok" platformasında başladığı iddia olunub. 

Bu hadisədən sonra, Albaniyanın baş naziri Edi Rama hadisədən sonra verdiyi açıqlamada TikTok-un ölkədə 1 il qadağan edilməsinə qərar verəcəklərini və bu qərarın 2025-ci ildə veriləcəyini bildirib. 

Nazirlər Şurasının ötən həftə keçirilən iclasından sonra "TikTok"un 1 il müddətinə bağlanması qərarının təsdiqləndiyi açıqlanıb.

Oksana
OXŞAR XƏBƏRLƏR