Nigeriyada 15 fermer öldürüldü

Nigeriyada 15 fermer öldürüldü
DÜNYA
16:26 21.08.2025
311
Nigeriyanın Plateau əyalətində baş verən silahlı hücumlar nəticəsində azı 15 fermerin həlak olduğu bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mwaghavul Gənclik Hərəkatının rəhbəri Bulus Dabit jurnalistlərə açıqlamasında silahlı şəxslərin əyalətin Mangu bölgəsinə aid 7 kəndə hücum etdiyini deyib. Onun sözlərinə görə, hücumlar zamanı 15 fermer həyatını itirib, çox sayda insan isə yaralanıb.

Dabit bildirib ki, hücumlar səbəbindən təxminən 3 min nəfər evlərini tərk etməyə məcbur olub. Silahlı şəxslər həmçinin kəndlilərin ərzaq məhsullarını talayıb.

Qeyd edək ki, Plateau əyalətində maldarlıqla məşğul olan Fulani qəbiləsi ilə əkinçiliklə məşğul olan digər qəbilələr arasında tez-tez gərginlik və toqquşmalar yaşanır. Ötən ay əyalətdə təşkil olunan oxşar hücumlar zamanı 40-dan çox fermer öldürülmüşdü.

Fulanilər heyvanlarını otlatmaq üçün əyalətin cənubuna köçdüklərini, fermerlərin isə mal-qaranı oğurlamağa çalışaraq onlara hücum etdiyini iddia edirlər. Bu münaqişədən faydalanan silahlı dəstələr isə bölgədə hücumlar təşkil edərək əhalini təhdid edir.
 
Oksana
OXŞAR XƏBƏRLƏR