Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə çökdü

Goranboyda 5 mərtəbəli yaşayış binasının bir bloku tamamilə çökdü
SOSİAL
23:23 26.11.2025
153
Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli qəzalı yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə mənzilin sakinləri əşyalarını götürə bilməyiblər.

Axşam saatlarında blokun çökməsi nəticəsində həmin sakinlərin yaşadıqları mənzillər dağılıb və onların əşyaları da yararsız hala düşüb.

Qeyd edək ki, 60 mənzildən ibarət olan yaşayış binasının 5-ci bloku tamamilə uçub.

Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR