Ölkə üzrə pensiyalar tam ödənildi

Ölkə üzrə pensiyalar tam ödənildi
İQTİSADİYYAT
17:10 21.04.2026
309
Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə AZXEBER.COM-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
OXŞAR XƏBƏRLƏR