Müğənni Elçin Hüseynov "Sənin Baxışların” adlı mahnısı və eyni adlı klipini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, mahnının söz və musiqisi İsmayıl Əliyevə məxsusdur, aranjiman Camal Qurbanov tərəfindən hazırlanıb.
Romantik ab-havası ilə seçilən "Sənin Baxışların” mahnısı sevgi və duyğusal anları ön plana çıxarır.
Layihə artıq dinləyicilər tərəfindən maraqla qarşılanmaqdadır.











































