AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
O da vurğulanıb ki, qəza dayanma nişanı yol hərəkəti qaydalarına uyğun məsafədə qoyulmalıdır. Nişanın düzgün yerləşdirilməsi digər sürücülərin təhlükəni vaxtında görməsi baxımından vacibdir. Əks halda, yolda əlavə risk və qəza şəraiti yarana bilər.
Diqqətli və intizamlı davranış yol qəzalarının qarşısının alınmasında əsas amillərdəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri daha diqqətli və məsuliyyətli olmağa çağırır.











































