İyunun 2-də gözlənilən Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.