Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi
MAQAZİN
10:36 02.06.2026
247
Türkiyənin rep musiqi səhnəsində "Aishe" təxəllüsü ilə tanınan Tuğçe Ayşe Güler vəfat edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, kədərli xəbər sənətçinin qardaşı tərəfindən sosial şəbəkə hesabında paylaşılıb.
 
O, etdiyi paylaşımda bacısının dünyasını dəyişdiyini açıqlayaraq yaxınlarına və sevənlərinə başsağlığı verib.

"Aishe"nin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama yayılmayıb. Bununla belə, bəzi yerli media orqanlarında sənətçinin səhhətində yaranan ağırlaşmalar nəticəsində həyatını itirdiyi iddia olunur.

Qeyd edək ki, "Aishe" son illərdə Türkiyə rep səhnəsinin diqqət çəkən adlarından biri kimi tanınırdı.
 
Aysel

OXŞAR XƏBƏRLƏR