Afaq Bəşirqızının oğluna vəzifə verildi

Afaq Bəşirqızının oğluna vəzifə verildi
SOSİAL
20:15 07.06.2026
326
Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov yeni vəzifəyə təyin olunub.

AZXEBER.COM Editor.az-a istinadən xəbər verir ki, S.Təhməzova "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti idarə Heyəti sədrinin Səlahiyyətli Nümayəndəsi vəzifəsi verilib.

Qeyd edək ki Səmral Təhməzov 2001-2010-cu illərdə gömrük orqanlarında xidmət edib. 2010-2020-ci illərdə Bakı Beynəlxalq Kompleksində müxtəlif vəzifələrdə çalışıb.

2020-2024-cü illərdə isə Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi vəzifəsini icra edib. O, gömrük xidməti polkovniki rütbəsinə malikdir.
OXŞAR XƏBƏRLƏR