Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır
İQTİSADİYYAT
16:15 10.06.2026
246

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib.


AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyalarının dəstəyi ilə keçirilən bu forum regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Tədbirin əsas tərəfdaşı isə VISA Beynəlxalq ödəniş sistemidir.


Forumun əsas hədəfləri 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda trendlərin müzakirəsi, regional əməkdaşlığın möhkəmləndirilməsi, qaydaların uyğunlaşdırılması, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank əlaqələrinin inkişafı, beynəlxalq tərəfdaşlığı təşviq etmək, ortaq maliyyə baxışını inkişaf etdirməkdir.


Tədbirdə maliyyə sektorundakı yeniliklərlə bağlı sərgi nümayiş etdirilmişdir. Azər Türk Bank sərgidə qurduğu stenddə nümayiş etdiridiyi Bankın ərsəyə gətirdiyi yeni innovativ məhsul və xidmətlər forum iştirakçılarının marağına səbəb olub.


1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə (51%-i SOCAR-da olmaqla) məxsusdur.

OXŞAR XƏBƏRLƏR