Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
SOSİAL
01:22 12.06.2026
155
Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb.

"Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, - deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR