"Qarabağ"dan növbəti transfer - Rəsmi

"Qarabağ"dan növbəti transfer - Rəsmi
İDMAN
20:38 16.06.2026
230
Portuqaliyanın "Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ”a keçib.

AZXEBER.COM xəbər verir ki, 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

2025-ci ildən "Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur "Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində, həmçinin "Famalikao”, B SAD və "Tondela” klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində Ağdam klubuna qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşib.
OXŞAR XƏBƏRLƏR