Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq

Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq
SOSİAL
09:10 22.06.2026
251
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla iyunun 22–25-də Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR