Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək

Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək
SOSİAL
17:26 07.08.2026
211
Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR